Gənclər millimiz İspartada Bəhreynlə gücünü sınayır

6 İyun 18:00 Milli komanda 727
Gənclər millimiz İspartada Bəhreynlə gücünü sınayır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gələcək.

İsparta şəhərindəki “Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM