Bərəkallah, Malta ilə də bacarmadıq.
Yoxlama görüşüdür deyib, üzərindən keçmək olar.
Amma yarım ildən artıqdır əlinə rəsmi oyunda top dəyməyən Şahruddinin, 35 yaşlı Bədavi Hüseynovun, klubsuz Renat Dadaşovun ümidinə qalan millidən danışmaq daha çox lazımdır.
Dünənə qədər uçurumun kənarında idik, deyəsən artıq içindəyik.
Son illər bu rəqiblə oyunlarımız onsuz da asan keçmirdi.
Ən azı heç-heçələrə üzülürdük.
Deyəsən, bu gedişlə yaxın gələcəkdə bərabərlik üçün şükür etməli olacağıq.
Arxada qalan mövsüm ərzində futbolumuzun inkişafından, Premyer Liqada sürətin artmasından bəh-bəhlə danışan çox oldu..
Buyurun, bu da sizə səviyyə...
Bu da sizə sürət...
Futbolumuzun əsl üzü, səviyyəsi dünən Macarıstanda üzə çıxdı.
Dünyanın 162-ci millisi olan Malta önündə...
Kimdi günahkar?
Yox, nə baş məşqçidir, nə də futbolçular.
Milli problemimiz əcnəbiləşən klublarda gizlənir.
Maltalıların ikinci qoluna baxa-baxa elitadakı 12 klub utana bilər/utanmalıdır.
12-si cəm olub Maltanı uda biləcək səviyyədə 12-13 futbolçu yetişdirə bilmədiklərii üçün.
Çoxsaylı qol imkanlarından birini qola çevirəcək bir hücumçu ortaya çıxara bilmədikləri üçün.
Hərəsinə 1 oyunçu düşür e...
Bu qədər aciz, cılız olmaq olmaz axı...
XANOĞLAN / SPORTİNFO.AZ

