Səhhətində narahatlıq yarandı, düşərgəni tərk elədi

02:50 Milli komanda 91
Səhhətində narahatlıq yarandı, düşərgəni tərk elədi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətində dəyişiklik baş verib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

İyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti