Azərbaycan millisi Avstriyada Maltaya məğlub oldu

5 İyun 23:56 Milli komanda 772
Azərbaycan millisi Avstriyada Maltaya məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşıb.

Matç rəqib yığmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

22:00. Azərbaycan – Malta 0:2

Qollar: Mbong, 65, Satariano, 86

Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

Azərbaycan: 1. Emil Balayev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov (k), 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 3. Elvin Cəfərquliyev, 13. Emil Səfərov, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Xəyal Əliyev, 10. Mahir Emreli

Baş məşqçi: Ayxan Abbasov

Malta:. 16. Əl-Tumi, 21. Korbalan, 13. Pepe, 5. Şou, 14. Qarsiya, 23. Satariano, 6. Qillaumyer (k), 26. Evurum, 10. Teuma, 20. Çuref, 25. Zammit

Baş məşqçi: Emilio De Leo

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!