Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxacaq.
Ayxan Abbasovun çalışdırdığı komanda Malta ilə qarşılaşacaq.
Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Hazırda Azərbaycan FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.
Millimizh Avstriya toplanışında ikinci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.
AFFA rəhbərliyi bu qarşılaşmaları diqqət mərkəzində saxlayır. Qələbə mükafatsız qalmayacaq.
Yığmamız bu görüşlərdən qalibiyyətlə ayrılarsa, hər futbolçu üst-üstə 10 min manat qazanacaq.
Başqa sözlə, hər oyuna görə 5000 manat onları gözləyir.
SPORTİNFO.AZ

