"Bütün diqqətimizi Azərbaycanla matça cəmləmişik”

5 İyun 13:40 Milli komanda 618
"Bütün diqqətimizi Azərbaycanla matça cəmləmişik”

Malta millisinin futbolçusu Kian Şikluna Azərbaycan ilə keçiriləcək matç barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, komandada ilk dəfə əsas heyətdə yer alan gənc müdafiəçi bütün diqqətlərini qarşıdakı görüşə kökləndiklərini bildirib:

"Bütün diqqətimizi Azərbaycanla matça cəmləmişik. Onlar reytinqdə bizdən öndədirlər və bu, şübhəsiz ki, növbəti çətin sınaq olacaq.

Biz matça hazırıq və ümid edirəm ki, məşqlərdə gördüyümüz işləri oyunda da nümayiş etdirə biləcəyik".

Malta - Azərbaycan qarşılaşması iyunun 5-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM