Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barəda Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib.
Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova
Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

