Yeni yaradılan U-20-nin baş məşqçisi Rui Jorjenin köməkçilərinin sayı artıb.
AFFA ilə 1 il 7 aylıq müqavilə imzalamış portuqaliyalı mütəxəssis özünə daha bir yerli yerli yardımçı götürüb.
Üzeyir İbrahimov qapıçılar üzrə məşqçi təyin olunub.
O, 1984-cü ildə Laçın rayonunda dünyaya göz açıb. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub.
2004-2006-cı illərdə "Neftçi"nin yeniyetmə komandalarında işləyib. 2007-2017 ci ildə "İnter"in əvəzedici heyətində çalışıb.
2017-2018 ci ildə "Keşlə"də eyni vəzifəni yerinə yetirib. 2010-2012-ci ildə U-17 yığmasına təyinat alıb. 2011-ci ildən bu günə kimi Azərbaycanın müxtəlif yaş yığma komandalarında fəaliyyət göstərir.
2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Maliyyə və kredit" fakultəsini bitirən İbrahimov UEFA-nın qapıçı məşqçiləri üçün "A" lisenziyalarına malikdir.
Rui Jorjenin ondan qabaq Vaqif Cavadovu öz korpusuna götürməsini xatırladaq.
O, həmçinin həmyerliləri Alexandro Silva və Romeo Almeydanı özüylə ölkəmizə gətirib. U-20 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatında iştirak edəcək.
SPORTİNFO.AZ

