17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstandan dəvət alıb.
AFFA bu ölkədən gələn çağırışı qəbul edib.
Millimiz bu ayın sonu orada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.
Federasiya bununla əlaqədar Aqil Nəbiyevlə müqavilənin müddətini uzadıb. Son 1 ildə U-17-ni çalışdırmış gənc mütəxəssis daha 3 ay iş başında dayanacaq.
Bu komanda Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda qarşısına qoyulan məqsədə çata bilməyib.
B liqasının 2-ci qrupunda yer alan kollektiv Malta ilə 2:2 edərək, üçüncü yeri tutub. Daha əvvəl Bolqarıstan (1:1) və Litva ilə (0:0) heç-heçəyə imza atan yığmamız 3 xal toplayaraq, qitə birinciliyi ilə vidalaşıb.
SPORTİNFO.AZ

