
«Canni De Byazi yalan danışır».
Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı millinin baş məşqçisinin ünvanına tənqidi fikirlər söyləyib. O bildirib ki, italiyalı çalışdırıcı İordaniya ilə yoxlama görüşünə (2:1) öz məqsədləri daxilində yanaşıb:
«Belə oyunlar, adətən, ehtiyatda qalan futbolçulara şans vermək üçün keçirilir.De Byazi isə Belçika ilə qarşılaşmada meydana çıxan futbolçulardan yeddisini ilk dəqiqələrdən oynatdı.
Ancaq o, AVRO-2024-ün seçmə mərhələsindən əvvəl demişdi ki, Yusif İmanov yaxın gələcəkdə millinin əsas oyunçularından biri olacaq.
Avstriya və İsveçlə oyunlarda Yusifə qapını tapşırdı. Amma ondan sonra Yusif şans qazanmır.
Şahruddin Məhəmmədəliyevi İordaniya ilə oyunda meydana buraxmağa nə gərək var idi? De Byazi bütün bunları öz sv-si üçün edir.
Orada qələbə sayının olmasını fikirləşərək, ehtyatda qalanları oynatmadı».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: