Dünya çempionundan Azərbaycana dəstək - VİDEO

3 Oktyabr 2020 16:00 Maraqlı 460
Dünya çempionundan Azərbaycana dəstək - VİDEO

İdman gimnastikası üzrə Türkiyənin yeganə dünya çempionu İbrahim Çolak da Azərbaycana dəstək olub.

Sportinfo.az xəbər verir ki, bu barədə 25 yaşlı dünya çempionu yaydığı video vasitəsilə Qarabağ münaqişəsində Azərbaycanın yanında olduğunu bildirib.

İbrahim Çolak ötən il Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatında qızıl medal qazanmaqla Türkiyənin tarixinə düşüb.

Dünən Türkiyənin idman gimnastikası üzrə millisinin baş məşqçisi Yılmaz Göktəkin Azərbaycanla bağlı paylaşım etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti