Futbolçudan boşanan voleybolçudan maraqlı etiraf: "DALAŞIRDIQ" - FOTOLAR

23 Sentyabr 2020 14:50 Maraqlı 2 394
Futbolçudan boşanan voleybolçudan maraqlı etiraf: "DALAŞIRDIQ" - FOTOLAR

Bu mövsüm "Real"dan "Everton"a keçən Xames Rodrigesin keçmiş həyat yoldaşı Daniela Ospina ayrılıqla bağlı uzunmüddətli susqunluğunu pozub.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı futbolçu ilə 6 il evli olan keçmiş voleybolçu ərinin ona xəyanət etdiyini öyrəndikdən sonra boşanmaq qərarına gəlmişdi.

Daniela xəyanətə uğrasa da, qızlarına görə keçmiş əri ilə münasibətlərinin normal olduğunu bildirib: "Birlikdə davam edə bilməyəcəyimizi anladığımız anda qızımızı, ona olan sevgimizi və bir-birimizə olan hörmətimizi ön planda tutduq.

Xames gözəl insandı, qızımın atasıdı. Həyata keçirmək istədiyim çox arzular var idi, amma... Onunla münasibətlərimiz mükəmməldir".

"Dalaşa-dalaşa evliliyi davam etdirməkdənsə, bitirmək qərarına gəldik. Bir şey işə yaramayanda bunun səbəbi bəlkə də bir çox şeydə uğursuzluq yaşamaqdı.

Sevdiyim, hörmət etdiyim və dəyər verdiyim o insanla anidən dava etməyə başlayıb, problemlər yaratmaqdansa, gözəl bir finalı seçən insanam" deyə Ospina bildirib.

Daniela Ospina "Napoli"də çıxış edən David Ospinanın bacısıdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır