Azərbaycanlı idman jurnalisti və anası koronavirusa yoluxdu

22 May 2020 09:00 Maraqlı 626
Azərbaycanlı idman jurnalisti və anası koronavirusa yoluxdu

Azərbaycanlı idman jurnalisti, supersport.az saytının baş redaktoru Anar Cəfərsoy koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "facebook" hesabında məlumat yayıb:

"Allah koronavirusu məhv etsin. Allahın köməkliyi ilə koronavirusla mübarizə davam edir. Uca Tanrım ağır durumda olan anama şəfa versin.

Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu.

Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı