Baxın, o, 18 yaşlı sevgilisi üçün nələr edir... - FOTOLAR

7 Aprel 2020 16:14 Maraqlı 902
Baxın, o, 18 yaşlı sevgilisi üçün nələr edir... - FOTOLAR

“Selta”nın rus futbolçusu Fyodr Smolov koronavirus pandemiyasının geniş yayıldığı bir vaxtda İspaniyanı tərk etmək istəyir.

Sportinfo.az xəbər verir ki, o, bu addımı sevgilisi Mariya Yumaşevoya görə atır.

Rusiyanın mərhum sabiq prezidenti Boris Yeltsinin nəvəsi olan Mariyanın aprelin 14-də doğum günüdür. Həmin gün onun 18 yaşı tamam olacaq. İddiaya görə, qızın 18 yaşı tam olduğu üçün Smolov onunla nigaha girəcək.

Futbolçu özü isə bildirib ki, Rusiyaya qayıtmasını klub rəhbərliyi ilə razılaşdırıb. O, pandemiya zamanı ailəsinə yaxın olmaq üçün bu addımı atdığını deyib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda