Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı

4 Aprel 2020 14:50 Maraqlı 864
Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR