Dünya ulduzları koronavirusla qarşı MILYONLAR AYIRIR, bizimkilər isə...

28 Mart 2020 14:36 Maraqlı 520
Dünya ulduzları koronavirusla qarşı MILYONLAR AYIRIR, bizimkilər isə...

Yüzlərlə insan bütün dünyaya təsir etmiş koronavirusa qarşı mübarizəni dəstəkləyir.

Kriştiano Ronaldo, Messi, Federer kimi futbolçularya yanaşı, Dortmund, Roma və bir çox futbol klubu da bu işdə əhəmiyyətli yardımlar göstərir.

Azərbaycan futbolunun öndəgələn isimləri, təəssüf ki, koronovirusa qarşı mübarizədə vahid mövqe nümayiş etdirmir. Bugünədək bu sahə mənsubları cəmi 71 min manat toplayıb.

Onun da 50 mini «Qarabağ»ın futbolçularının, 20 mini baş məşqçiləri Qurban Qurbanovun, 1000-i də «Neftçi»nin idman direktoru Ceyhun Sultanovun payına düşür.

Çox istərdik ki, onların siyahısı genişlənsin, Dəstək Fonduna yardımlar artsın. Axı futbolun işığına yığışanlar heç də pis qazanmır. İlboyu minimum 150-200 min manat qazananlar üçün 300-500 manat nədir ki, onu da çox görürlər, əlləi gəlmir, qıymırlar?

Gərək biz bunları yazaq, etinasızlıqlarını üzlərinə vuraq, ondan sonra yerlərindən tərpənsinlər? Bu, ümummilli bir məsələdir və heç kim yaxasını kənara çəkməməlidir.

Hər kəs gücü və imkanı daxilində dövlət başçısının çağırışına qoşulmalıdır, onu dəstəkləməlidir.

Vətəndaşlıq borcunu yerinə yetirməkdən imtina edənlərin sabahkı gün ölkədən, dövlətdən, xalqdan danışmağa haqqı yoxdur. Başda AFFA və klub rəhbərləri olmaqla!

Dünya şöhrətli klublar və idmançılar koronavirusla mübarizədə yüksək məbləğdə maliyyə dəstəyindən əlavə, tibbi ləvazimatlar da paylayırlar. Həmin şəxs və qurumların bəzilərinin siyaısını oxuculara təqdim edirik:

- İsveçrə tennisçisi Rocer Federer: 1 milyon dollar

- Argentinalı futbolçu Lionel Messi: Xəstəxanalara 1 milyon avro və tibbi avadanlıqlar

- Portuqaliyalı futbolçu Kriştiano Ronaldo: 1 milyon avrodan əlavə, xəstəxanalar üçün 10 yataq üçün tənəffüs cihazları, nəbz monitoru, infuziya nasosları və şprislər

- Almaniya Milli Futbol Komandası və "Borissa Dortmund": 5 milyon avro

- İsveçli futbolçu Zlatan İbrahimoviç başladığı kampaniyadan yığdığı 1 milyon avro

- Fransalı basketbolçu Rudi Qobert: 500 min dollar

- "Golden State Warriors" NBA komandası : 1 milyon dollar

- Formula 1 komandaları - texnoloji dəstək

- İtaliyanın "Roma" klubu : 500 min avro

- İrlandiyalı döyüşçü Konor Makqregor: 1 milyon avro dəyərində fərdi qoruyucu vasitələr

- İspaniyalı futbolçu Serxio Ramos: 15 min koronavirus testi dəsti, 346 571 qoruyucu maska ​​və min qoruyucu kostüm

- Portuqaliyalı menecer Xorxe Mendes: 1 milyon avro

- İspaniyalı məşqçi Pep Quardiola: 1 milyon avro

- İngiltərəli məşqçi Jose Mourinyo: evə çatdırma xidmətilə yaşlıların ehtiyaclarını qarşılayır

- İspaniyalı futbolçu Isko: 500 min avro

-" Watford" İngiltərə komandası : "Vicarage Road Stadium" stationunu Milli Səhiyyə Xidmətinin ixtiyarına verib.

- "Granada" İspaniya komandası : 4 min maska ​​və ozon sistemi

- Belçikalı futbolçu Romelu Lukaku: 100 min avro və 300 min maska

- Almaniyalı futbolçular Robert Levandovski, Leon Qoretzka və Coşua Kimmiş: hər biri 1 milyon avro.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti