"Qəbələ"li "Kobra" "Survivor"da böyük mükafatı qazandı - VİDEO

19 Fevral 2020 16:30 Maraqlı 2 014
"Qəbələ"li  "Kobra" "Survivor"da böyük mükafatı qazandı - VİDEO

Azərbaycanlı peşəkar kikboksçu Pərviz Abdullayev "Survivor 2020" yarışmasına damğa vurub.

Sportinfo.az xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında "Qəbələ"li idmançı Yasin Obuz adlı iştirakçı ilə qarşılaşıb.

"Kobra" ləqəbli Pərviz 4 yarışın 3-də qələbə qazanaraq komandasını önə keçirib. Ancaq "Məşhurlar"ın qadın iştirakçısı Elif rəqibinə hər 3 mübarizədə məğlub olaraq bu üstünlüyü əldən verib.

Hesab bərabərləşdiyi üçün bayraq yarışı baş tutub. Pərviz Abdullayev bu dəfə də rəqibinə qarşı əzmkar mübarizə apararaq qalib gəlib və komandasına qida mükafatı qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti