COP29

Azərbaycan millisi ilə bağlı ŞOK XƏBƏR! – Bunu ilk dəfə eşidəcəksiz...

10 Sentyabr 17:00 Maraqlı 3 029
Azərbaycan millisi ilə bağlı ŞOK XƏBƏR! – Bunu ilk dəfə eşidəcəksiz...

Azərbaycan futbolunda ağılagəlməz hadisələr bir-birini əvəzləməkdə davam edir.

Biz son 30 ildə demək olar milliylə hər bir şey görmüş və rastalaşmışdıq.

İnanmırdıq ki, artıq futbolsevərləri nə iləsə təəccübləndirmək mümkündür. Lakin bu gün əldə etdiyimiz məlumat bir daha sübut etdi ki, futbolumuzda hələ sensasiya limiti dolmayıb.

Və yeni sürprizlər hər an gözləniləndir. Yəqin ki, başa düşdüz, söhbət onun yeni təyin edilmiş baş məşqçisi Fernandu Santuşdan gedir.

Sən dəmə, portuqaliyalı mütəxəssisin Azərbaycana gəlişi “Beşiktaş”ı böyük bir xərcdən qurtarıb.

Belə ki, bu ilin aprelində İstanbul klubundan istefaya göndərilən Santuş bir müddət ona ödəniləcək təzminatı (1 milyon avro) almadığına görə FİFA-ya şikayətə hazırlaşıb.

“Qara qartal”ı isə transfer qadağası təhlükəsindən tanınmış iş adamı, klubun sabiq prezidenti Yıldırım Demirören qurtarıb.

Belə ki, redaksiyamıza “Beşiktaş”dan daxil olan özəl məlumata görə, Demirörenin təklifi portuqaliyalının da lap ürəyindən olub.

Necə? Azərbaycan futbolunda nəzarəti ələ keçirən “Misli”nin də sahiblərindən olan Yıldırım Demirören onun FİFA-ya şikayəti geri götürməsinə qarşılıq olaraq, Azərbaycan yığmasında işləməyi təklif edib.

Bununla razılaşan Santuş beləcə, “Misli”nin dəstəyi və göstərişi əsasında millimizə gəlib. Halbuki, AFFA rəhbərliyi daha fərqli adlar üzərində seçim etməyə hazırlaşırdılar.

Bununla da bir daha sübut olunur ki, futbolumuz peşəkarcasına idarə edilmir və müxtəlif müdaxilələr özü də xeyrimizə olub-olmayacağı hələ şübhə doğuran qərarlar davam etməkdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti