İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi

11 Noyabr 2019 23:40 Maraqlı 560
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi

Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Sportinfo.az xəbər verir ki, bununla bağlı Moskvada Beynəlxalq Şahmat Federasiyası (FIDE), Rusiya Şahmat Federasiyası və Sverlovsk Şahmat Federasiyası arasında saziş imzalanıb.

Yarış 15 mart – 5 apreldə baş tutacaq. İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar.

Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi