
Milli komandamız və "Sabah"ın yarımmüdafiəçisi Təmkin Xəlilzadə "İnstagram"da izləyicilərinin suallarını cavablandırıb. Sportinfo.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanın ən böyük fan-klubu hansıdır?
- Azarkeşlər bizim üçün dəyərdir. Amma ən böyük fan-klub "Forza Neftçi"dir.
- "Qəbələ" əvvəlki potensialını bərpa etsə, ora qayıdarsız?
- Futbolda hər şey mümkündür.
- Deyəsən, "İmarət Tayfa"nı unutmusuz. Ona görə "Forza Neftçi" dediz...
- Bütün fan-klublar bizimdir. Eyni sözlər "Sabah" və "Səbail" klublarına da aiddir. Yaxud da "Milli dəstə". Bütün azarkeşlər mənə doğmadır.
- Sən, sadəcə, vəhşisən... (Futzal üzrə yığmamızın qapıçısı Rövşən Hüseynlinin sualı).
- Sən daha vəhşisən, Rövşən.
- Sol ayaqlarımızı dəyişək?
- Problem yoxdur. Oyun günü yazın, kuryerlə göndərim.
- Sizi nə vaxt xarici çempionatda görə bilərik? Potensial da, yaş da buna imkan verir...
- Məncə də artıq vaxtdır. Real təklif olsa, mütləq dəyərləndirəcəm.
- Ölkə xaricinə getməyin. Azərbaycanlı futbolçuların əksəriyyəti orada heç nəyə nail ola bilmir...
- Mən özümə inanıram.
- Messi, yoxsa Ronaldo?
- Messi.
- Mövsüm ərzində neçə qol vura bilərsiz?
- Mən müdafiəçiyəm. İşim müdafiə olunmaqdır, qol vurmaq yox.
- Oyun vaxtı niyə əsəbi olursuz?
- Uduzmağı sevmirəm. Heç nə yolunda getməyəndə istər-istəməz aqressiya olur. Bu isə qələbə istəyimdən irəli gəlir.
- Meydandan kənarda isə çox sakitsiz...
- Bəli, Bəhlul Mustafazadə, sən ki məni özümdən də yaxşı tanıyırsan.
- Mənim "dəli" böyük qardaşım!
- Sezar Meza Kolli, "Sabah"a keç!
- Millinin stadionda baxdığım ilk oyununda yeganə qolu siz vurduz...
- Ayağınız yüngül olub.
- Çox şirinsiz. Bunu necə bacarısız?
- Hər səhər iki qaşıq bal yeyirəm.
- Sevimli filminiz hansıdır?
- Sonuncu dəfə türklərin "7-ci kameradakı möcüzə" filminə baxmışam. Hamıya məsləhət görürəm.
- "Neftçi"dən təklif gəlsə, qəbul edərsiz?
- Belə bir şey olsa, düşünmək lazımdır.
- "Neftçi" haqda nə deyə bilərsiz?
- Həyat yoldaşım "Neftçi" azarkeşidir.
- "Qarabağ"da oynamağınızı istərdik...
- "Qarabağ"da oynamışam. Məhz orada debüt etmişəm.
- Karyeranızı bitirdikdən sonra məşqçi işləmək istərdiz?
- Bəli, istərdim.