HADİSƏ: Bakıda qız üstündə bıçaqlanan futbolçu illər sonra danışdı

6 Aprel 23:00 Maraqlı 1 880
HADİSƏ: Bakıda qız üstündə bıçaqlanan futbolçu illər sonra danışdı

Vaxtilə ölkəmizdə top qovmuş Usim Ndukanın Bakıdakı ilk günlərində dünyasını dəyişə bilərmiş.

Belə ki, nigeriyalı futbolçu dostunun əməlinə görə bıçaqlanıb. Lakin bıçaq onun ürəyinə, yaxud qarın boşluğuna yox, əlinə tuş gəlib.

Usim Sportinfo.az-a açıqlamasında təxminən 20 il öncə yaşanmış üzücü hadisəni nəql edib:

“Azərbaycana yeni gəldiyim dönəm idi, AMMK-da oynayırdım. Yadımdadır ki, həmin vaxt “Gənclik”də ADBTİA-nın meydanında məşq edirdik.

Komandamızda mənimlə yanaşı bir neçə nigeriyalı var idi ki, biri də qapıçımız Cud idi. Bir gün məşqdən çıxıb metronun yaxınlığında kiçik marketə girdik. O anda yaxınlıqdan qız keçirdi və Cud ona nəsə dedi. Azərbaycanda bu cür şeylərin qəbul olunmadığını bilmirdi.

Marketdə işləyən oğlan Cudun qıza söz atdığını görüb dostumun üstünə yeridi. Cud ona əl atan kimi, satıcı oğlan geri qayıdıb bıçaq götürdü. Cud bıçağı görüb qaçdı, mən tərpənmədim. Düşündüm ki, mənimlə problemi yoxdur, üstümə gəlməz. Bıçaqla üstümə hücum edib məni vurmaq istəyəndə əlimlə qarşısını kəsməyə çalışdım.

Bıçaq əlimi kəsdi, hər yeri qan bürüdü. Tez komanda yoldaşlarıma və menecerimə zəng vurdum ki, məni bıçaqla vurublar. Onlar gəlib oğlanla söhbət etdilər və məlum oldu ki, Cud yoldan keçən qıza sataşmaqla düz etməyib. Ona görə də söhbəti böyütmədik, şikayət etmədik. Öz aramızda barışıq etdik.

İnanırsınız, indiyə qədər əlimdə tikişlərin izi qalır. Həmin vaxt bir neçə oyuna sarğı ilə çıxmışdım”.

Azərbaycan millisinin də formasını geyinmiş Usim Nduka 2004-2013-cü illər aralığında AZAL-ın heyətində 200-dən çox oyunda meydana çıxıb. O, tarixin yaddaşına qovuşmuş klubun tarixində ən çox oyun keçirmiş futbolçu kimi tarixə düşüb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti