"Neftçi" və "Qarabağ"da sevgi qoyub gedən gürcüstanlı legioner - FOTOLAR

11 Mart 2023 20:40 Maraqlı 1 825
"Neftçi" və "Qarabağ"da sevgi qoyub gedən gürcüstanlı legioner - FOTOLAR

Arxada qalan illər ərzində Azərbaycan futboluna çox sayda legioner oyunçu gəlib-gedib.

Amma aralarında çox az sayda əcnəbi olub ki, yaddaşlarda xoş xatirələrlə qalmağı bacarıb.

Məsələn, Georgi Adamiya kimi. Gürcüstanlı legioner özü də nə az-nə çox 4 klubumuzun şərəfin qoruyub.

İlk dəfə "Neftçi"yə transfer olunan Adamiya davamında "Bakı", "Qarabağ" və "İnter"in də şərəfin qoruyub.

Ən parlaq günləri sözsüz ki, "Neftçi" (94 oyunda 29 qol) və "Qarabağ"da (72 oyunda 29 qol) keçib.

Amma bütün azərbaycanlı futbol azarkeşlərinin yaddaşında yaxşı insan, yaxşı futbolçu kimi qalmağı bacarıb.

Vurduğu qollar, göstərdiyi nizam-intizama görə.

Ona olan xüsusi sevgini dünən bombardirin sosial şəbəkə hesabından əyani görmək mümkün idi.

Belə ki, bombardirin martın 10-u 42 yaşı tamam oldu.

Çox sayda azərbaycanlı azarkeş doğum günü təbriki ilə yadda qaldı.

Veteran yarımmüdafiəçinin "instaqram" hesabına "hücum edən" fanatlar bu yolla ona sevgilərini göstərmiş oldular.

Georgi Adamiya 2004-2013-cu illər ərzində ölkəmizdə çıxış edib. O, 2014-cü ildə peşəkar karyerasını başa vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!