Ulduz futbolçunun anası danışdı: "Ürəyim deyir ki, oğlum günahsızdır"

7 Mart 2023 21:40 Maraqlı 658
Ulduz futbolçunun anası danışdı: "Ürəyim deyir ki, oğlum günahsızdır"

PSJ-nin futbolçusu Əşrəf Hakiminin anası Səidə Moh oğlunun zorlama iddialarına münasibət bildirib.

Sportinfo.az “Sportkeeda”ya istinadən xəbər ki, o, Əşrəfin günahsız olduğunu deyib:

“Ürəyim deyir ki, oğlum günahsızdır. O, çox yaxşı tərbiyə olunub. Mən onunla bu barədə danışdım, and içdi və əmin etdi ki, günahsızdır. Əşrəf indi başına gələnlərə layiq deyil”.

Qeyd edək ki, mərakeşli müdafiəçiyə adı açıqlanmayan bir qıza təcavüz etməsi ilə bağlı rəsmi ittiham irəli sürülüb. Futbolçu məhkəmə nəzarətinə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu