"AFFA, sən qələtini elə söz verəndə danışarsan"

12 İyun 2022 11:40 Maraqlı 1 956
"AFFA, sən qələtini elə söz verəndə danışarsan"

Dünən mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionu oldu.

Slovakiyanın Koşitsa şəhərində oynanılan finalda Rumıniyanı minimal hesabla məğlub edən (1:0) komandamız titula sahib oldu.

Futbolçularımızın qazandığı tarixi zəfər bütün futbol ictimaiyyəti tərəfindən böyük coşğu ilə qarşılandı.

Premyer Liqa klubları, tanınmış futbol adamları, rəsmi qurumlar yığmamızı təbrik edənlər arasında oldu.

Təbrik paylaşımı edənlər sırasında AFFA-nın rəsmi "feysbuk" səhifəsi də vardı. Amma izləyicilər heç də federasiyanın təbrik mesajını xoş qarşılamayıb. Demək olar yazılan şərhlərin hamısı "sizə nə?" məzmununda olub.

Təbii ki, minlərlə şərhi sizə təqdim edə bilmərik. Amma arasından maksimum ən diqqət çəkənlərin sizə təqdim edirik:

"AFFA-nın nəzarətində olmayan futbol komandası Avropa çempionu oldu".

"Siz hardaydız neçə vaxtdı?".

"AFFA sizlik deyil, uşaqların ayağına sağlıq".

"Gedin, uçun burdan".

"Mini futbol yığmamız canları, qanları hesabına Avropa çempionu oldular. Çünki hər oyundan qabaq əlləri ürəklərində himn oxudular, bayraq, ölkə şərəfini dərk edib vuruşdular. Onlar həm də AFFA-ya dərs verdilər. Kor gözlərinizi açın. Eddilərdən, Riçardlardan bizə milli olmaz. Belində ağrım var oynaya bilmərəm deyən Ozobiçlərdən bizə milli olmaz. Milli bunlardır. Finala ağrıkəsici iynələrlə çıxan milli. Siz inqilab etdiniz, uşaqlar. Sizi sevirik. Təbriklər, Azərbaycan".

"Bu qələbənin Rövnəq və Elxana heç bir dəxli yoxdur. Gedin De Byazi ilə ovunun".

"Özü də "Azərbaycan komandası" yox e, "Azərbaycan Milli komandası"!".

"Şəklin sol yuxarı küncündəki AFFA-nın loqosunun bu milliyə heç aidiyyatı yoxdur".

"Bu söhbətin sizə heç bir aidiyyatı yoxdur. Özüvüzü yaxın hiss etməyin!".

"Utanıb ölüb yerə girmirsiniz də deyirəm buna da logonuzu basıb paylaşırsınız hələ".

"AFFA-nın bu çempionluqdakı tək rolu minifutbola müdaxilə edə bilməməyidir".

"Sizin əlinizin dəymədiyi hər yer gözəldi.
Cəbiş məllimlik etməyin".

"Sizin dəstək olmadıqınız uşaqlardı. Onların müracietine baxmadız. Təbrik etmeye bele haqqınız yoxdu.
AZFAR a təşəkkürlər. Taleh müəllimə xüsusi təşəkkür".

"İnşallah, AFFA minifutbola qarışmaz və əsas millinin vəziyyətinə salmaz!".

"AFFA, sən qələtini elə söz verəndə danışarsan".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti