COP29

"Tokio-2020" üçün ölkə reytinqinə növbəti xalları qazandırdı

13 İyun 2019 00:40 Layihə 397
"Tokio-2020" üçün ölkə reytinqinə növbəti xalları qazandırdı

Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.

Komandanın lideri Elçin Əsədov 172 km-lik “Orxan Qazi” turunda finiş xəttini 5-ci keçməklə 15, 122 km-lik “İldırım Bəyazid” yarışında isə 8-ci olmaqla daha 3 xal əldə edib.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!