"Çempionatın başlaması ilə bağlı qərar qəti deyil" - İsmayılov

28 Aprel 2020 15:46 Şamaxı 605
"Çempionatın başlaması ilə bağlı qərar qəti deyil" - İsmayılov

"Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının ölkəmizdə 4 may karantin rejimi başa çatarsa, mayın 23-ü Premyer Liqanı bərpa etmək qərarına münasibət bildirib.

"Hələ ki, çempionatın başlaması ilə bağlı qərar qəti deyil. Təki deyilən tarixdə başlayaq! Məncə, mayın 5-də məşqlərə başlasaq, 23 maya kimi olan müddət formamızı bərpa etməyə bəs edəcək.

18-19 gün yetəri qədər vaxtdı. Onsuz da, fərdi məşqlər edirdik. Qalır stadiona qayıtmaq, meydanı hiss etmək. Bundan sonra hər şey qaydasına düşəcək"

İsmayılov FİFA-nın cari il və gələn mövsüm üçün 5 əvəzetmə təklifini bəyəndiyini bildirib: "Bu haqda nəsə demək olmur. Amma belə baxanda, pis təklif deyil. Həm məşqçilər, həm də futbolçular üçün yaxşı qərardı".

Digər Xəbərlər
Xəbər Lenti