Haqqsızlıq görən futbolçular PREZİDENT AXTARIŞINDA

17 May 2022 19:40 Şamaxı 1 080
Haqqsızlıq görən futbolçular PREZİDENT AXTARIŞINDA

"Şamaxı"nın üzərindən qara bülüdlər çəkilmək bilmir.

Baş məşqçi Sənan Qurbanovu əvəzedici komandada çalışan Rüstəm Əliyev əvəzləyəndən sanki dərd üstü dərt gəlib.

Ard-arda əsas heyət üzvləri əvəzedici komandaya göndərilir.

Öncə təcrübəli Tural Axundov, ardınca uzun illər komandanın kapitanı olmuş Tərlan Quliyev, son olaraq isə digər əsas heyət üzvü və son oyunlar kapitanlıq sarğısını daşıyan Şəhriyar Əliyev eyni marşurt üzrə yola salınıb.

Ən qəribəsi isə odur ki, atılan radikal addımlara görə məşqçi tərəfindən futbolçulara heç bir izah verilmir.

Klubun müşahidə şurasının sədri Zaur Axundov isə hazırda ölkə xaricindədir. Hörmətsiz münasibətlə üz-üzə qalan futbolçular da məhz prezindentin yolunu gözləyir. Ki, dərtlərini desinlər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti