Bölgə klubundakı iki qovulmanın FƏRQLİ SƏBƏBLƏRİ

3 May 2022 22:20 Şamaxı 760
Bölgə klubundakı iki qovulmanın FƏRQLİ SƏBƏBLƏRİ

Sənan Qurbanovun istefasından sonra "Şamaxı" rəhbərliyi boş qalan postu əvəzedici komandanın çalışdırıcısı Rüstəm Əliyevə tapşırdı.

Gənc mütəxəssis isə gələr-gəlməz öz tərs üzünü futbolçulara göstərmiş oldu.

Belə ki, cəmi 1 həftə sonra komandanın iki təcrübəli siması olan Tərlan Quliyev və Tural Axundova komandadan qovuldu.

Amma əldə etdiyimiz məlumata görə adıçəkilən futbolçularına qovulması birbaşa Əliyevlə bağlı deyil.

O, Axundovun ona lazım olmadığını rəhbərliyə bildirib. Rəhbərlik isə onunla bərabər Quliyevin də komandadan qovulmasına göstəriş verib. Çalışdırıcı isə qərara müzakirəsiz "hə" deyib.

Bir sözlə, ikilidən biri rəhbərliyin, digəri də baş məşqçinin güdazına gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!