"Keşlə”nin legioneri sevdiyi xanımla İçərişəhərdə “qızıl xırdaladı” - FOTOLAR

4 Dekabr 2021 17:40 Şamaxı 1 005
"Keşlə”nin legioneri sevdiyi xanımla İçərişəhərdə “qızıl xırdaladı” - FOTOLAR

İçərişəhər paytaxtımıza səfər edən turistlər üçün gəzib-görməli yerlərin başında dayanır.

Elə Premyer Liqamızda top qovan legioner və onların ailə üzvləri üçün də qədimliyinə və görkəminə görə tez-tez baş çəkməli məkandır deyə bilərik.

“Keşlə”li Felipe Santos “instaqram” hesabında bir müddət öncə İçərişəhərdə çəkdirdiyi fotonu paylaşıb. Braziliyalı vinger şərh bölümündə qızıl dəyərli sözlər yazlb:

“Həyatınızdakı hər bir uğur verdiyiniz qərarlarla bağlıdır.

Ancaq doğru qərarları və onları qəbul etməyinizə səbəb olan amilləri danışmaqdan çəkinməyin.

Doğru yerlərdə, doğru insanlarla və doğru biliklə olmaq insanda peyğəmbərlik atmosferi yaradır.

Məhz bu ssenaridə istədiyimizə çatır, yeni vərdişlərə alışır, reallıqlarla tanış oluruq.

Elə həmin anda “o, bacardısa, mən də bacararam” deyiminin doğru və mümkün olduğunu anlamağa başlayırıq.

Ətrafınızda onlara bənzəmək istədiyiniz biriləri varsa, həll yolunu asanlaşır.

Məhz onların nəticələrini gördükcə, zehninizi və bədəninizi ətalətdən çıxmaq üçün stimullaşdırırsız.

Qardaş, uğur pulda deyil, QƏRARLARDA, İNSANLARDA VƏ YERLƏRDƏDİR”.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti