"Çətin günlər geridə qaldı" - PAYTAXT KLUBUNDAN

18 Oktyabr 2021 14:00 Şamaxı 567
"Çətin günlər geridə qaldı" - PAYTAXT KLUBUNDAN

"Çox sevinirik ki, son oyunlar yaxşı oyun sərgiləməklə bərabər, həm də qələbə qazanırıq".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail" üzərində qələbədən danışan "Keşlə"nin cinah müdafiəçisi Azər Salahlı deyib.

"Keşlə" mövsümə uğursuz start verdi. Komanda startda ardıcıl 4 görüş məğlubiyyət yaşadı. Yalnız son 3 oyunda komandanın üzü gülür. Təcrübəli oyunçu artıq pis günlərin arxada qaldığını düşünür:

"Çempionata uğursuz başlasaq da, düşünürəm ki, bu günlər geridə qaldı. Qələbələr qazandıqca, komandada özünəinam daha da artır.

İnşallah, uğurlu seriyanı növbəti oyunlarda davam etdirmək istəyirik. Nə dərəcədə alınacaq, ya alınmayacaq onu zaman göstərər".

Son 3 turda qazanılan 7 xal "Keşlə"nin turnir cədvəlindəki vəziyyətini bir xeyli yaxşılaşdırmış oldu. Millimizin də üzvü olan Salahlı belə gedişatdan məmundur və hədəflərinin avrokuboklar olduğunu deyir:

"Belə ağır psixoloji vəziyyətdən çıxmaq çox çətin idi. Amma qələbələr bizə inam gətirdi. Hələ qarşıda çox oyunlarımız var. Hər oyuna qələbə üçün çıxırıq.

Əlbəttə, əsas hədəfimiz avrokuboklara vəsiqə əldə etməkdir. Bunu nə dərəcədə bacaracağımız isə zamanla bilinəcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!