“Qarabağ”la oyunda niyə elə etdi? “Ayağımı çəkməyə çalışdım, amma...”

5 Aprel 2021 19:00 Şamaxı 1 148
“Qarabağ”la oyunda niyə elə etdi? “Ayağımı çəkməyə çalışdım, amma...”

"Çempionatda yaranan iki həftəlik fasilədən sonra "Qarabağ" kimi komandaya qarşı oynamaq çətin idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib.

Dünən Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub. XXI turun son günündə “Neftçi”nin çempionluq yolundakı əsas rəqibi “Qarabağ” “Keşlə” ilə görüşüb.

Bakılılar matçın əvvəlində hesabı açsa da, ağdamlılar məğlubiyyətdən qaça bilib. Son çempion yalnız uzatma dəqiqələrindəki penalti ilə xal qazanaraq turnir cədvəlində vahid liderliyə yüksəlib.

Ş.Əliyev 1:1 üçün baş məşqçinin tapşırıqlarına əməl etdiklərini bildirib: "Sənan Qurbanov oyunu yaxşı analiz etmiş, bizə öz tapşırıqlarını vermişdi.

Belə oynasaq, istədiyimiz nəticəni qazana biləcəyimizi bildirmişdi. Deyərdim ki, məşqçimizin dediyi kimi oynadıq. Tapşırıqlarına yaxşı əməl etdik. Amma sonda buraxdığımız qol çox pis oldu.

Son dəqiqədə qol buraxıb qələbələri əldən verdiyimiz oyunları udsaydıq, indi turnir cədvəlind. ilk dördlükdə olardıq. Bizə bir qələbə lazımdır ki, bu vəziyyətdən çıxacaq".

Müdafiəçi heyətdəki ciddi itkilərin olmasının onlara çətinlik yaratdığını deyib: "Sezar Meza Kolli bizim üçün önəmli fiqurdur.

Təkcə onu deməzdim. Tərlan, Namaşko, Koçuk və Baykoviçin zədəli olması, Kamaranın oyunda zədələnməsi planlarımızı pozdu. İnşallah, qarşıdakı görüşlər hazır olub, sıralarımıza qatılarlar".

Əliyev özünün səbəb olduğu penalti epizodunu isə belə şərh edib: "Oyundan öncə Sənan müəllim demişdi ki, bir saniyə belə konsetrasiyanı itirmək olmaz.

"Qarabağ"da həqiqətən keyfiyyətli futbolçular var. Oyunun sonunda bir anlaq verdiyimiz boşluq qolla nəticələndi.

Penal epiozdunda ayağımı çəkməyə çalışdım, amma Fikip Ozobiç təcrübəsindən istifadə edərək, yerə yıxıldı. Hakim də belə qərar verdi.

Deyə bilmərəm ki, penalti var idi, yoxsa yox. Bunu kənardan baxanlar deyə bilər. 1 xal qazandıq, amma deyərdim ki, 2 xal itirdik. Amma qarşıdakı oyunlar çox yaxşı nəticələr qazanacağımıza inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu