COP29

“Qəbələ”də başladı, 200-ü “Kəpəz”də “vurdu”

15 Aprel 17:20 Kəpəz 781
“Qəbələ”də başladı, 200-ü “Kəpəz”də “vurdu”

“Kəpəz”in forvardı Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXX turuna təsadüf edib.

O, “Səbail”lə səfər matçında (3:3) şans qazanıb. Amil 200 oyunda 52 qola imza atıb.

Onun debütü 2010/11 mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib.

Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"