COP29

O, klubun rəhbərliyindən gedəcək? - Özü açıqladı

29 Aprel 18:00 Kəpəz 1 337
O, klubun rəhbərliyindən gedəcək? - Özü açıqladı

AFFA rəhbərliyində prezident dəyişikliyindən sonra bəzi klublarda yeniliklərin olacağı deyilir.

Dolaşan xəbərlərə inansaq, assosiasiyanın rəhbəri Rövşən Nəcəf dövlət tərəfindən maliyyələşən klublara yaxından tanıdığı şəxsləri yerləşdirməkdə maraqlıdır.

Belədə diqqətlər həm də İlqar Nadiriyə yönəlir. “Kəpəz”də əvvəlki rəhbərliyin vaxtında söz sahibinə çevrilən Nadirinin başında dayandığı komanda ardıcıl 2 ildir Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Gəncə təmsilçisinə yeni sponsorların cəlb olunacağı, başqa cür desək, maliyyə artacağı halda İlqar bəyin postundan göndəriləcəyi haqda xəbərlər səngimək bilmir.

“Kəpəz”in İdarə Heyətinin sədri Sportinfo.az-a açıqlamasında məlum mövzu barədə danışıb:

“AFFA-da prezident dəyişikliyindən sonra klublarda, yaxud “Kəpəz”də dəyişiklik gözlənilmir. Biz üzərimizə düşən işi görürük.

Nə vaxtsa hansısa iş adamı gəlsə, yaxud sponsor şirkətlə müqavilə bağlansa, dediyiniz məsələ müzakirə oluna bilər.

AFFA rəhbərliyində dəyişikliyin olması o demək deyil ki, eyni hal klublarda da yaşanacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti