“Kəpəz”in nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib.
Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri iştirak edib. AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olub, lakin…
Açılış mərasimi təşkil edilməyib. Bu hadisənin ictimaiyyətə məhz açılış kimi təqdim olunması yanlışdır.
Adətən, belə ğədbirlər qırmızı lentin kəsilməsi ilə başlayır. Dünən isə Gəncədə nə qırmızı lent kəsildi, nə də başqa bir şey.
Akademiyasının açılması aprelə qalıb. Bəli, bu hadisə gələn aydan tez baş verməyəcək. Bəlkə daha sonraya qalacaq.
Bu, AFFA-nın yeni rəhbərliyindən asılı olacaq. Bilindiyi kimi, aprelin 2-də quruma prezident seçkiləri keçiriləcək və Rövnəq Abdullayevin namizədliyini irəli sürməyəcəyi indidən bəllidir.
O, Gəncədə akademiya binasının açılışını etməyə icazə ala bilməyib. Müxtəlif səviyyələrdə Abdullayevə xəbər çatdırılıb ki, mərasimin təşkili federasiyanın yeni yönətiminə saxlanılmalıdır.
SPORTİNFO.AZ

