Premyer Liqa klubuna bunu kim alıb - Fond, yoxsa..?

2 Mart 14:00 Kəpəz 709
Premyer Liqa klubuna bunu kim alıb - Fond, yoxsa..?

Dünən "Kəpəz"in yeni avtobusu təqdim olunub.

Cənubi Koreya şirkətinin istehsalı olan nəqliyyat vasitəsi klubun rənglərinə uyğun bəzədilib, üzərində Kəpəz dağı əks olunub.

Bəzi mətbu orqanlar və sosial şəbəkədə fəaliyyət göstərən səhifələr iddia edib ki, avtobus Futbolun İnkişaf Fondunun (FİF) “Kəpəz 100k” layihəsindən yığılan maliyyə hesabına alınıb.

Guya, 200 min manata yaxın vəsaitin önəmli hissəsi FİF tərəfindən toplanıb.

Bu, qətiyyən belə deyil. FİF göstərilən rəqəmin cüzi bir bölümünü verib. Konkret desək, 13 min manat.

Klub Gəncə şəhər İcra Hakimiyyətindən və AFFA-dan ianə gözləsə də, onların çağırışı nəticəsiz qalıb. Kömək üçün 1 manat da verməyiblər.

Alınan avtobus təzə deyil. Əvvəlki sahibi onu uzun illər istifadə edib.

Ona görə də «Kəpəz»ə 200 min manata yaxın məbləğə başa gəlib. Yoxsa zavoddan çıxan yenisinin qiyməti 350 min manatdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti