İLGİNC İTTİHAMLAR! “Ozü oğurluq edir, mənə isə şər-böhtan atdı, dağ çəkdi” - VİDEO

19 Mart 18:00 Kəpəz 1 811
İLGİNC İTTİHAMLAR! “Ozü oğurluq edir, mənə isə şər-böhtan atdı, dağ çəkdi” - VİDEO

«Kəpəz»in təhlükəsizlik xidmətinin keçmiş rəisi Elmar Əliyev yenidən üzə çıxıb.

İki aya yaxındır ortalıqda görünməyən sabiq klub funksioneri növbəti videonu paylaşıb.

O, əvvəlkitək İdarə Heyətinin tsədri İlqar Nadirinin ünvanına ittihamlar yağdırıb.

Əliyev «Kəpəz»in birinci şəxsini oğurluqda suçlayıb, bildirib ki, Nadiri AFFA tərəfindən kluba ayrılan aylıq yardım paketindən düzgün istifadə eləmir, akademiyada çalışan məşqçi və işçilərin əməkhaqqısını ödəmir.

Eks rəis qeyd edib ki, Nadiri ona böhtan atıb və iş yerindən uzaqlaşdırıb:

«O, mənə dağ çəkib. Qarşıdan isə bayram gəlir. Mən onun bu bayramını qara bayrama çevirəcəm.

Kim arxasında dayanır, adını açıqlayacam. İlqar Nadiri, uzağı, mayda «Kəpəz»dən gedəcək.

Bütün Gəncə məni tanıyır, necə insan olduğumu bilir. Bu işi belə qoymayacam.

İlqar Nadirinin hansı maxinsiyalara yol verdiyini söyləyəcəm».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!