Telekanalın aparıcısı efirdə “səbəbkar odur” söylədi - VİDEO

26 Mart 17:00 Kəpəz 553
Telekanalın aparıcısı efirdə “səbəbkar odur” söylədi - VİDEO

«Kəpəz»in uğurlu çıxışının səbəbkarı odur».

Bu sözlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Adil Şükürovun adını çəkib və bildirib ki, baş məşqçi görəvə gələndən sonra komanda uğursuzluq zolağından yaxa qurtarıb.

Gəncə təmsilçisinin üçüncü dövrədə 13 xal toplamasına diqqət çəkən tanınmış telejurnalist deyib ki, qarşıya qoyulan məqsəd yerinə yetirilmiş sayıla bilər.

«Kəpəz»in Premyer Liqada yerini qoruyacağına əminliyini ifadə edən aparıcı vurğulayıb ki, Şükürov ötən 7-8 il ərzində elitada hansı klubu çalışdırmasa da, dönüşü ilə adından söz etdirməyi bacarıb.

Onun sözlərinə görə, qərb kollektivi sərgilədiyi oyunla liqada qalmağa layiqdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"