Klubun rəhbəri ilə baş məşqçisi toqquşdu - YER ÜSTÜNDƏ!

12 Mart 13:00 Kəpəz 959
Klubun rəhbəri ilə baş məşqçisi toqquşdu - YER ÜSTÜNDƏ!

Kəpəz”in Azərbaycan Premyer Liqasında növbəti ev oyununu harada keçirəcəyi hələ müəyyənləşməyib.

Komanda bu mövsüm rəqiblərini Gəncə, Tovuz və Qəbələ şəhər stadionlarında qəbul edib.

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev deyib:

“Baş məşqçinin də iştirakı ilə rəhbərlik səviyyəsində müəyyən stadionlarla bağlı müzakirələr aparılır. Hələ ki, 1-2 variant var, amma yekun qərar verilməyib.

Qarşıdakı turdan sonra çempionatda fasilə yaranacaq. Yəqin ki, fasiləyə qədər ev matçımızı harada keçirəcəyimiz bilinəcək”.

Mətbuat katibi Gəncəyə yaxın olan və təbii ot örtüyünə malik stadiona üstünlük vermək istədiklərini sözlərinə əlavə edib.

Burada vəziyyət bir qədər qarışıqdır. Yer məsələsi İdarə Heyətinin sədri İlqar Nadiri ilə baş məşqçi Adil Şükürovu üz-üzə qoyub.

Tərəflər arasında ciddi fikir ayrılığı yaranıb. Sədr Sumqayıta getməyin tərəfdarıdır.

O, «Mehdi Hüseynzadə»yə köçən «Sumqayıt»la danışıqlar apararaq, «Kapital Arena»nı icarəyə götürməyi təklif eləsə də, çalışdırıcı razılaşmır.

Şükürov Sumqayıtın Gəncədən kifayət qədər uzaq məsafədə yerləşməsini səbəb göstərərək, hər dəfə ora gedib-gəlməyin komandada yorğunluq yaradacağını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti