“Kəpəz”in “Qarabağ”la ev oyunu Bakıda keçiriləcək

12 Mart 13:40 Kəpəz 433
“Kəpəz”in “Qarabağ”la ev oyunu Bakıda keçiriləcək

Azərbaycan Premyer Liqasının 28-ci turunun "Kəpəz" - "Qarabağ" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Məlumatda bilirilib ki, stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə Gəncə təmsilçisi 28-ci turdakı ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək".

Matç martın 29-da olacaq və saat 19:00-da başlayacaq.

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu bir müddətdir təmirdədir.

Digər Xəbərlər
Xəbər Lenti