"Neftçi"nin qarşısına 8 itki ilə çıxacaqlar

10 May 2024 02:40 Kəpəz 1 354
"Neftçi"nin qarşısına 8 itki ilə çıxacaqlar

"Kəpəz" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Neftçi"nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. "Sarı-göylər"in heyətində 8 itki var.

Junior Martins, Olavele Onanuqa, İqor Rodriqes və Rüfət Əhmədov cəzalı durumdadır. Giorgi Papunaşvili, Mate Kvirkiya, Amil Yunanov və Vüsal Məsimov isə zədəlidir.

"Neftçi" - "Kəpəz" qarşılaşması bu gün saat 19:00-da"Neftçi Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM