COP29

“Yəqin ki, kimə müraciət etsəm, sözümü yerə salmaz”

6 May 20:20 Kəpəz 1 548
“Yəqin ki, kimə müraciət etsəm, sözümü yerə salmaz”

“Azarkeşlərin rahat gediş-gəlişi üçün Gəncəyə yaxın yerlərin birindən yararlanmaq xoş olar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Premyer Liqada yerini təmin edən Gəncə təmsilçisi növbəti mövsüm ev oyunlarını doğma şəhərdə keçirə bilməyəcək.

Keçən ilin payızında təmirə bağlanan arena sökülüb. İdman qurğusunun yenidənqurmasına bir müddət əvvəl başlanıb və proses hələ 1 ildən uzun sürəcək.

Stadion ən yaxşı halda gələn ilin iyul-avqust ayıarında hazır vəziyyətə gətiriləcək.Bəs “sarı-göylər” 2024/25 mövsümündə rəqiblərinizi hansı stadionda qəbul edəcək?

İlqar Nadirini eşidək:

“Bunlar Tovuzdakı və Qəbələdəki meydanlardır. Amma hələ heş nə dəqiqləşməyib.

Vaxt var və biz çalışıcağıq ki, bu məsələni tez dəqiqləşdirək. “Turan” və “Qəbələ” rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır.

Arada xətir-hörmət var. Yəqin ki, kimə müraciət etsəm, sözümü yerə salmaz”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq