Azərbaycan çempionu öz futbolçusunu havayı buraxdı

6 İyul 2023 01:20 Kəpəz 1 540
Azərbaycan çempionu öz futbolçusunu havayı buraxdı

Transfer çalışmalarını davam etdirən "Kəpəz" "Qarabağ"dan Zamiq Əliyevi transfer etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm "Qarabağ"dan icarəyə götürülən gənc müdafiəçi Ağdam klubu ilə yollarını ayırdığından, "Kəpəz"in tamhüquqlu üzvünə çevrilib.

Əliyev ilə formasında daşıdığı nömrəyə uyğun olaraq 1+1 olmaqla 2 illik müqavilə imzalanıb.

"Kəpəz" bunadək Vurğun Hüseynovu və Rüfət Əhmədovu da transfer edb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!