Baş məşqçisini dəyişən komandada yeni dönəm başlayır

23 İyun 2023 02:20 Kəpəz 1 365
Baş məşqçisini dəyişən komandada yeni dönəm başlayır

"Kəpəz" yeni mövsümün hazırlıqlarına start verəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" iyunun 26-da bir araya gələcəklər.

Məşqlər Gəncə şəhər stadionunda keçiriləcək. Komandanın hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcəyi gözlənilir.

"Kəpəz"in baş məşqçi postunda dəyişiklik edilib. Tərlan Əhmədovla müqavilə müddəti artırılmayıb, onu Azər Məmmədov əvəz edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti