Baş məşqçiyə lazım olmadı, əvəzedici komandaya göndərildi

21 Yanvar 2025 23:00 Kəpəz 2 049
Baş məşqçiyə lazım olmadı, əvəzedici komandaya göndərildi

Qış fasiləsində "Kəpəz"dən ayrılacağı gözlənilən futbolçulardan biri də Tural Rzayev idi.

Baş məşqçi Azər Bağırov təcrübəli yarımmüdafiəçini sərəncamında görmək istəmirdi.

Amma Rzayev nə klubdan ayrıldı, nə də ona edilən məşqçi işləmək təklifini qəbul etdi.

Belədə Bağırov onu əvəzedici heyətə göndərmək məcburiyyətində qalıb.

Orta sahə oyunçusunun "Turan Tovuz"la son oyunda heyətdə yer almaması da bununla bağlıdır.

Tural bu mövsüm Premyer Liqada meydana çıxdığı 2 oyunda cəmi 45 dəqiqə forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız