Adı "qara siyahı"ya düşən futbolçu rəhbərlikdən yeni iş təklifi aldı

4 Yanvar 2025 17:45 Kəpəz 2 557
Adı "qara siyahı"ya düşən futbolçu rəhbərlikdən yeni iş təklifi aldı

"Kəpəz" rəhbərliyi Tural Rzayevə klubda yeni iş təklif edib.

Baş məşqçi Azər Bağırovun xidmətindən imtina etdiyi futbolçuya karyerasını bitirib, klubda məşqçi kimi qalmaq məsləhət olunub.

Amma 31 yaşlı yarımmüdafiəçi bu fikri yaxın buraxmayıb.

O, hələ də karyerasını davam etdirməkdə maraqlı olduğunu bildirib.

Tural bu mövsüm Premyer Liqada 2 oyun keçirib və cəmi 45 dəqiqə meydanda olub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti