
"Kəpəz" heyətini portuqaliyalı qapıçı ilə gücləndirib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tam adı Paulu Rojeriu Veyqa dos Santos olan qolkiperlə 1 illik müqavilə bağlanıb.
Portuqaliyalı qolkiperin son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub.
25 yaşlı "çərçivə qoruyucusu" "Braqa"nın akademiyasının yetirməsidir.
O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.