"Kəpəz" bu hücumçuya vəd verib, əməl etmir

4 İyun 2024 17:00 Kəpəz 1 985
"Kəpəz" bu hücumçuya vəd verib, əməl etmir

"Kəpəz"də qeyri-müəyyənlik davam edir.

Rəhbərlik AFFA-dan gələcək pula və sponsorla bağlanacaq müqaviləyə göz dikib.

Bu durumdan ən çox əziyyət çəkən isə futbolçu heyətidir.

Məsələn, Amin Yunanov kimi.

Forvard qışda "Səbail"dən transfer ediləndə danışıq olub ki, müqavilə 6 ay+1 il şərti ilə imzalanacaq.

Amma imzaya saatlar qalmış baş məşqçi Adil Şükürov yalnız 6 aylıq müqavilənin bağlana biləcəyini hücumçunun diqqətinə çatdırıb.

Və əlavə edilib ki, narahatlığa əsas yoxdur, mövsüm başa çatan kimi daha yaxşı şərtlərlə 1 illik yeni anlaşma imzalancaq.

İndi isə Şükürov vədinə əməl edə bilmir.

30 yaşlı oyunçu isə baş məşqçinin sözünə güvənərək yeni təkliflərə "yox" deməkdədir.

O, Gəncə təmsilçisindən gələcək yeni müqavilə şərtlərini gözləyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti