"Kəpəz" Elçin Əlicanovla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçinin Gəncə təmsilçisi ilə müqaviləsi başa çatıb. Futbolçunun müqaviləsi yenilənməyib və o, "Kəpəz"in sıralarını tərk edib.
Əlicanov son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə 1-ci diviziondan başlayıb.
Müdafiəçi 2 mövsüm də "Kəpəz" ilə Premyer Liqada çıxış edib.
"Kəpəz" xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

