"Kəpəz" baş məşqçisi Adil Şükürovun rəhbərliklə görüşəcəyi barədə məlumat vermişdik.
Tərəflər Gəncədə bir araya gəlib.
Mövcud durumun müzakirəsi bir neçə saat çəkib.
Amma sonluq çalışdırıcı üçün ürəkaçan olmayıb.
Ona klubdakı qeyri-müəyyənliyin davam etdiyi bildirilib.
Gələcəklə bağlı planların necə olacağı sual olaraq qalıb.
İlqar Nadiri baş məşqçiyə gözləmək məcburiyyətində olduqlarını bildirib.
Rəhbər şəxs AFFA-dan kluba olacaq ödənişi gözlədiklərini və sponsorla bağlı məsələnin öz həllini hələ də tapmadığını diqqətə çatdırıb.
Şükürov isə narahatlığını növbəti dəfə dilə gətirib.
O, yaranmış durumun komandanın yeni mövsüm çıxışına birbaşa təsir edə biləcəyini və maksimum daha erkən komandanın formalaşması üçün addımların atılmalı olduğunu vurğulayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

