«Kəpəz» üçün mövsüm bir neçə həftə başa çatıb.
İstədikləri yar idi, onu da yetirdi pərvərdigar!
«Qəbələ»ni sonuncu pilləyə «həbs edib», sezonu qurtardılar.
Heç şübhəsiz, ilin komandası «Kəpəz» olmalıdır. Mübaligəsiz deməliyik ki, Adil Şükürov «mövsümün məşqçi» mükafatına layiq iş gördü.
Əksər həmkarları onun etdiyini bacarmazdı. «Kəpəz» üzümüzə gələn futbol ilinə Premyer Liqada başlayacaqsa, bir nömrəli səbəbkar odur.
Bilmirəm «Kəpəz» hələ neçə il Premyer Liqada mübarizəsini davam etdirəcək, nə olur olsun,
Şükürovun adı yaddaşlardan, fəaliyyəti illər uzunu göz önündən silinməyəcək. Gerçəkdən möcüzəvi bir iş gördü, halal olsun!
Gec gəlsə də, tez ayıldı, daha İlqar Nadirinin sözü, göstərişi, məsləhətləri ilə oturub-durmadı. Bu, onu da, komandanı da fəlakətə sürükləyəcəkdi.
İdarə Heyətinin sədrinin bir üzünü görən sevinir, bir də onunla sağollaşan.
Nadirinin tapşırıqları ilə yoluna davam etsəydi, bir yerə gedib çıxa bilməyəcəkdi, düzdə qalacaqdı, kollektiv dağım-dağım olacaqdı, komanda olacaqdı.
Onu göndər, bunu göndər… Nədirsə, Nadiri kimisə göndərib, kimisə gətirməyi xoşlayır axı. Nə isə…
«Neftçi»yə 1:5 hesablı məğlubiyyəti dərd etməyə dəyməz. Səkkiz əsas heyəti üzvü olmadan 1 qol vurmağın, hesabı açmağın özü böyük təsəllidir.
Latir Falın qolunda komandanın 2-3 üzvü iştirak etdi, amma əks-hüxum elə gözəl quruldu, elə səliqəli tamamlandı ki…
Sadəcə, ləzzət elədi!
Yenə buradan Adil Şükürova təşəkkür edirəm, düşəndə də, qalxanda da öz oyun üslubundan vaz keçmir.
Gələcəyi var bu məşqçinin. Daha yaxşı yerlərdə çalışmaq haqqıdır.
MUSA

